XƏBƏRLƏR / Müttəfiq

Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib

Özbəkistan Prezidenti azərbaycanlı həmkarı ilə aktual məsələlərini müzakirə ediblər

Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.

    İqtisadi, ticari, investisiya və humanitar sahələrdə layihələrin icrasının sürətləndirilməsinin vacibliyinə toxunulub.

    Prezidentlər yüksəksəviyyəli gələcək görüşlər barədə fikir mübadiləsi aparıblar.

    Telefon danışığı zamanı regional, o cümlədən Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə olunub.

    Qeyd edək ki, Mirziyoyev Əliyeva Səmərgənddə keçirilən Birinci Mərkəzi Asiya-Aİ Sammitindən dərhal sonra zəng edib.