Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilanda

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti xəbər verir VİDEO

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Silahlı Qüvvələr Günü münasibətilə bir qrup şəhid ailəsinin üzvləri Şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş ərazilərə səfər edib, burada keçirilən tədbirlərin qonağı olublar. Zəngilan rayonuna və Cəbrayıl şəhərinə səfər edən fəxri qonaqlar, əvvəlcə işğaldan azad olunmuş torpaqlara ilk köçün ünvanı - Ağalı kəndinə gəliblər.

    Zəngilan şəhər məscidini ziyarət edən qonaqlar sonra şəhərdə aparılan bərpa-quruculuq işləri, həmçinin bir neçə tədbirə ev sahibliyi etmiş Zəngilan Konqres Mərkəzi ilə də tanış olublar.

    Sonda “Ağalı” hotelində sakinlər və şəhid ailəllərinin üzvləri üçün Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik ruhunda musiqi nömrələri, bədii kompozisiyalar təqdim edilib.

    “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutan səfər, ertəsi gün Cəbrayıl şəhərinə tanışlıq turundan sonra başa çatıb.