Şeyxülislam ABŞ-ın yeni səfirini qəbul edib FOTO
Allahşükür Paşazadə Mark Libbini azad edilmiş ərazilərə səfər edərkən erməni vandalizminə diqqət yetirməyə çağırıb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Libbini qəbul edib.
Görüş zamanı Şeyxülislam Amerika səfirini işğaldan azad edilmiş ərazilərə səfər edərkən erməni vandalizminə diqqət yetirməyə çağırıb.
O, qeyd edib ki, bu dağıntıları törədən, məscidləri, hətta kilsələri dağıdan Ermənistan Azərbaycanı böhtanlar yayır, ləkələyir.
Şeyxülislam əlavə edib ki, “Bizim gözləntimiz ABŞ kimi fövqəldövlətin belə məsələlərdə həqiqətin tərəfində olmasıdır”.