Şuşada 38 ailəyə mənzillərin açarları təqdim edilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi xəbər verir
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, bu mərhələdə şəhərə köçürülən 136 nəfərdən ibarət 38 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Aydın Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 58 ailə (224 nəfər) mənzillə təmin edilib. Köçürülmə prosesi davam edəcək.