Şimali Koreya Yaponiyaya xəbərdarlıq etdi
Bu barədə “Reuters” agentliyi məlumat yayıb
Rəsmi Pxenyan öz peykini orbitə çıxarmağa hazırlaşır. Yaponiya hökuməti raketin buraxılışı ilə bağlı məlumat toplamaq və təhlil etmək üçün əlindən gələni edəcəyini bildirib.
“Biz Şimali Koreyanı ABŞ və Cənubi Koreya kimi müvafiq ölkələrlə əməkdaşlıq edərkən raket atmaqdan çəkinməyə çağırırıq”, - Yaponiya Baş nazirinin ofisi məlumat yayıb.
ABŞ-ın analitik mərkəzi mayın 26-da bildirib ki, kommersiya peyk görüntüləri Şimali Koreyanın Sohye peyk buraxılış stansiyasının şərqində sahilyanı buraxılış sahəsinin tikintisinin sürətlə davam etdiyini göstərir.