İrəvanda iqtidar-müxalifətin əlbəyaxa davası VİDEO
"Ana Ermənistan" müxalifət blokunun üzvləri hakim partiyanı seçki pozuntularında ittiham ediblər
İyunun 23-də İrəvan şəhər şurasının iclasında hakim “Vətəndaş müqaviləsi” Partiyasının nümayəndələri ilə müxalifət arasında dava düşüb. 2:20
"Ana Ermənistan" müxalifət blokunun üzvləri hakim partiyanı seçki pozuntularında ittiham ediblər və bu, İrəvan merinin müavini Armen Pambuxçyanın sərt reaksiyasına səbəb olub. Nəticədə iclasda iqtidar və müxalifət nümayəndələri arasında dava düşüb.
Armen Pambuxçyan "Ana Ermənistan" partiyasının lideri Andranik Tevanyanın dövlətə xəyanətdə ittiham olunduğunu bildirib və rəqiblərindən susmağı tələb edib.
Bundan sonra tərəflər arasında söz mübahisəsi yaranıb və zalda təhqiramiz və hədələyici ifadələr səsləndirilib. Mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. İnsident zamanı iştirakçıların bir-birinə plastik qablar atıblar.
Baş verən hadisədən sonra İrəvan şəhər şurasının iclasında fasilə elan olunub.