Sinan Oğan 2-ci turda Ərdoğanın namizədliyini dəstəkləyəcək
Türkiyədə keçirilən prezident seçkilərinin birinci turunda üçüncü yeri tutan Sinan Oğan 5%-dən çox səs toplayıb
Türkiyədə keçirilən prezident seçkilərinin birinci turunda üçüncü yeri tutan Sinan Oğan ikinci turda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcəyini bildirib. Siyasətçi qərarını Ankarada keçirdiyi mətbuat konfransında açıqlayıb.
Oğan ilk turda 5%-dən çox səs toplayıb. Bugünkü mətbuat konfransı zamanı o, seçicilərinə və komanda üzvlərinə təşəkkür edib, daha sonra onları hazırkı dövlət başçısına səs verməyə çağırıb.
Oğan mətbuat konfransında belə izah edib ki, bu qərarın əsas səbəbi seçkilərdə hakim koalisiyanın parlament çoxluğu əldə etməsi olub.