XƏBƏRLƏR / Siyasət

S.Lavrov: Paşinyan Sünik yolu haqda razılaşmanı sabotaj edir

Bunu Bakıda səfər olan Rusiyanın xarici işlər naziri "Birinci Kanalı"na açıqlamasında deyib

S.Lavrov: Paşinyan Sünik yolu haqda razılaşmanı sabotaj edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir".

    Bunu Bakıda səfər olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın "Birinci Kanalı"na açıqlamasında deyib.

    “Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən (Zəngəzur-red.) keçən kommunikasiyalara gəlincə, altında baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır”, - Lavrov deyib.