SOCAR və Gran Tierra Energy Inc. şirkətləri müqavilə imzaladılar
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Gran Tierra Energy Inc. şirkətləri Azərbaycan Respublikasının Quba-Xəzər bölgəsində yerləşən perspektivli quru yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında müqavilə imzaladılar.
Sənədi SOCAR prezidenti Rövşən Nəcəf və Kanada şirkətinin prezidenti və baş icraçı direktoru Qari Qidri imzaladılar.
Müqavilənin şərtlərinə əsasən, layihənin operatoru kimi çıxış edəcək Gran Tierra Energy Inc. 65% iştirak payı əldə edəcək. Kəşfiyyat proqramına qravitasiya məlumatlarının toplanması, 3D seysmik tədqiqatlar və müqavilə sahəsinin karbohidrogen potensialının müəyyən edilməsinə yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.
Müqavilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.
1 dəqiqədən az