XƏBƏRLƏR / Siyasət

Stiv Uitkoff Moskvaya gedib

Bu barədə TASS məlumat yayıb

Stiv Uitkoff Moskvaya gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya gedib.

    Bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

    Uitkoffu Vnukovo hava limanında Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev qarşılayıb.

    Məlumata görə, bu gün, ABŞ Prezidentinin ultimatumunun bitməsinə iki gün qalmış Uitkoff ilə Rusiya nümayəndələri arasında danışıqlar aparılmalıdır.