XƏBƏRLƏR / Münaqişə

Sülhməramlıların iki maşını Laçın yolundan keçdi

Aksiya yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkət etməsi təmin olunub

Sülhməramlıların iki maşını Laçın yolundan keçdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus iki avtomobilin hərəkət etməsinə şərait yaradılıb. Aksiya yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkət etməsi təmin olunub.

    Belə ki, iki yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

    Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 91 gündür davam edir.