XƏBƏRLƏR / Sağlamlıq

Sümük iliyi köçürməsi tibbi sığorta ilə mümkün olacaq

Xidmət həm böyüklər, həm də kiçiklər üçün nəzərdə tutulub

Sümük iliyi köçürməsi tibbi sığorta ilə mümkün olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yeni Klinikanın tərkibində fəaliyyət göstərən transplantasiya şöbəsində sümük iliyinin transplantasiyası əməliyyatı üçün bütün dünya standartları yaradılıb.

    Transplantasiya prosedurları tam sterilizasiya qaydasında aparılır.

    Xəstələrin əməliyyatı 1-3 ay ərzində yekunlaşır. Şöbə avadanlıq və həkim heyəti ilə tam təmin olunub.

    Köçürmə əməliyyatından sonra tibbi prosedurlar üçün xüsusi həkim briqadası fəaliyyət göstərir.

    Yeni Klinikada aparılan ilikköçürmə əməliyyatı icbari tibbi sığorta ilə mümkün olacaq. Xidmət böyüklər və kiçiklər üçün nəzərdə tutulub.

    Qeyd edək ki, gələn ildən sümük iliyi köçürülməsində xarici donorlardan istifadə ediləcək.

    Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə jdeyib.

    Onun sözlərinə görə, bununla bağlı danışıqlara artıq başlanılıb: