XƏBƏRLƏR / Dünya

Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb

Bu barədə SANA agentliyi məlumat yayıb

Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Suriya Prezidenti Əhməd əl-Şaraa kürdlərin hüquqlarını qoruyan fərman imzalayıb. Orada kürdlərin Suriya cəmiyyətinin ayrılmaz hissəsi olduğu və ölkə tarixində ilk dəfə olaraq kürd dilinin dövlət dili kimi tanındığı bildirilib.

    Bu barədə SANA agentliyi məlumat yayıb

    Fərmana əsasən, kürd dili əhalinin, yəni kürdlərin əhəmiyyətli bir hissəsini təşkil etdiyi ərazilərdəki məktəblərdə tədris olunacaq.

    1962-ci il əhali siyahıyaalınmasında vətəndaşlıqdan məhrum edilmiş kürdlərə vətəndaşlığın bərpası hüququ verilib. Bundan əlavə, 21 martda qeyd olunan kürd bayramı Novruz rəsmi status alıb.