Ursula fon der Leyen AK sədri vəzifəsini hələ tutmayıb
Bu barədə "Financial Times" qəzeti yazır
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Ursula fon der Leyenin yenidən Avropa Komissiyasının (AK) sədri vəzifəsinə təyin olunması ilə bağlı razılığa gəlməyiblər.
Mişel Brüsseldə Aİ-nin 27 ölkəsinin liderlərinin qeyri-rəsmi şam yeməyindən sonra deyib: “Bu gün heç bir razılaşma yoxdur”.
Avropa Şurasının rəhbəri əlavə edib ki, liderlər “Avropa İttifaqının gələcəyi ilə bağlı fikirlərini bölüşən” fon der Leyeni dinləyiblər.
Bundan əvvəl “Financial Times” (FT) bir sıra diplomat və rəsmilərə istinadən yazıb ki, Aİ ölkələrinin liderləri Ursula fon der Leyenin Avropa Komissiyasının rəhbəri postuna namizədliyini dəstəkləyəcəklər.
65 yaşlı Von der Leyen 2019-cu ildən Avropa Komissiyasına rəhbərlik edir və təşkilata rəhbərlik edən ilk qadındır.