XƏBƏRLƏR / Qayıdış

Suriyaya qayıdan qaçqınlardan ibarət böyk növbə yaranıb

Türkiyə-Suriya sərhədi yaxınlığındakı Cilvegözü keçid məntəqəsində qələbəlikdir FOTO

Suriyaya qayıdan qaçqınlardan ibarət böyk növbə yaranıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Suriyalı qaçqınlar Türkiyədən evlərinə qayıtmağa başlayıblar – "TV 100" xəbər verir

    Türkiyə-Suriya sərhədi yaxınlığındakı Cilvegözü keçid məntəqəsində vətənə qayıtmaq istəyənlərin növbələri yaranıb. Keçid məntəqəsinin işindəki yükü azaltmaq üçün Türkiyə jandarmı oradan 5 km aralıda ayrıca nəzarət məntəqəsi yaradıb.

    Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə Suriyadan olan təxminən 2,9 milyon qaçqın var.

    Prezident Ərdoğan daha əvvəl 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etmək planlarını açıqlamışdı.