MÜSAHİBƏ

Dünya maliyyə böhranı Azərbaycana dəyəcəkmi?

ABŞ və Avropada bankların çökməsi Azərbaycana nə kimi problemlər vəd edir?

Dünya maliyyə böhranı Azərbaycana dəyəcəkmi?
“Unibank” ASC-nin Korporativ Biznes üzrə Baş inzibatçısı, gənc, lakin Azərbaycan maliyyə sektorunun avanqardında duran Tahir Qəribov
  • Oxuma müddəti:

    10 dəqiqə

  • AZƏRBAYCAN * BİZNESS
    "Unibank"ın Dünya Maliyyə Bazarları üzrə Mütəxəssisi Tahir Qəribovla Azərbaycan bank sektorunun vəziyyəti barədə 3 vacib suala cavab axtardıq... və tapdıq!

    VAHİD MUSTAFA YEVİN BAZAR QONAQLARI
    DÜNYA MALİYYƏ BAZARLARI ÜZRƏ EKSPERT TAHİR QƏRİBOV 

    “Unibank” ASC-nin Korporativ Biznes üzrə Baş inzibatçısı, gənc, lakin Azərbaycan maliyyə sektorunun avanqardında duran Tahir Qəribov hesab edir ki, "Azərbaycanın maliyyə sistemi o qədər də qlobal maliyyə sisteminə bağlı deyil. Amma nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatının formalaşmasında neft və qaz ticarəti önəmli rol oynayır, məhz bu baxımdan dünya maliyyə böhranları Azərbaycan üçün müəyyən neqativ nəticələr verə bilər".

    Vahid Mustafa yev - Keçən həftə ABŞ-ın “Silicon Valley Bank”ının (SVB) çökməsi və İsveçrənin “Credit Suisse” (CS) bankındakı problemlər beynəlxalq bank sistemini nə dərəcədə silkələyə bilər? Bu proseslər “maliyyə zəlzələsi”nə səbəb olacaq, yoxsa böyük maliyyə böhranının siqnallarıdır?

    Tahir Qəribov - Əgər söhbət ABŞ-ın "Silicon Valley Bank"ının müflisləşməsindən gedirsə, onun qlobal maliyyə sisteminə təsiri o qədər də böyük deyil, yox, söhbət "Credit Swiss"dən gedirsə, sözsüz ki, onun təsiri daha böyük ola bilər.  Amma, bildiyiniz kimi, hər bir hadisənin səbəbi var. Ümumiyyətlə, deməliyəm ki, hər şey Amerikada uçot dərəcəsinin tənzimləyicisi olan Federal Fonddan (FED) başladı.  İş orasındadır ki, COVİD-dən sonra ABŞ-ı bürüyən maliyyə problemləri və yüksəlmiş inflyasiyanın nəticələrinin öhdəsindən gəlmək məqsədi ilə FED ABŞ dollarının uçot dərəcəsini çox aqressiv şəkildə yüksəltməyə başladı. Və nəticə olaraq, vaxt getdikcə bunun fəsadları həm ABŞ iqtisadiyyatı və banklarına, həm də dünya maliyyə sisteminə öz təsirini göstərdi. “Silicon Valley Bank”da nə baş verdi? Onsuz da bankların çoxu sərmayə olaraq kredit vəsaitləri ilə yanaşı, qiymətli kağızlar da saxlayırlar. “Silicon Valley Bank” da müəyyən miqdarda ABŞ-ın dövlət istiqrazlarına sahib idi. Lakin 2022-ci ilin sonunda kriptovalyuta əməliyyatlarına ciddi şəkildə qarışan bir neçə qonşu bankın iflasa uğraması SVB-ın müştərilərini də təlaşa saldı və onlar kütləvi şəkildə vəsaitlərini geri çəkməyə başladı.

    Əslində, kütləvi çaxnaşma və əmanətçilərin eyni zamanda vəsaitlərini geri tələb etməsi hər bir bank üçün krizisdir. Və SVB bu krizisi həll etmək üçün əlində olan ABŞ dövlət istiqrazlarını satmalı oldu. Lakin bank qiymətli kağızları satmağa başlayanda məlum oldu ki, FED ABŞ dollarının uçot dərəcəsini qaldırdığına görə istiqrazların dəyəri xeyli aşağı düşüb. Çarəsiz qalan SVB qiymətli kağızları aldığından daha ucuz qiymətə satmalı olduqda tam şəkildə müflisləşdi.

    - SVB ABŞ-da sistem yaradıcı bankı deyil, amma “Credit Swiss” ciddi və Avropanın maliyyə həyatında taleyüklü banklardan sayılır. Eyni zamanda London birjası da keçən həftəni mənfi göstəricilərlə bağlayıb və ekspertlərin dediyinə görə, belə getsə, 2008-ci ilin maliyyə böhranı təkrar oluna bilər.

    - Düşünrəm ki, belə bir ehtimal var, amma olsa da, bu krizis fərqli olacaq. İş orasındadır ki, SVB və "Credit Swiss" bankının problemləri arasında da ciddi fərqlər var. "Credit Swiss"in (CS) maliyyə problemləri bu günün işi deyil. Hələ ötən 2022-ci ilin göztəricilərinə görə, CS maliyyə ilini 7 milyard frank zərərlə bağladı. Və bu vəziyyətdən narahat qalan bankın iri əmanətçiləri son üç ayda 100 milyard ABŞ dollarına bərabər vəsaitlərini geri çəkdilər. Bu da öz növbəsində bankın səhmlərinin ucuzlaşmasına gətirib çıxardı və nəticə olaraq bank kapitalının bazar dəyəri minimuma düşdü. Bu bir daha sübut edir ki, bank sisteminin böhranı baş versə, Avropa üçün bu sürpriz olmayacaq - Avropada bu cərəyan artıq var.

    O ki qaldı 2008-ci ilin qlobal maliyyə böhranı məsələsinə, onda vəziyyət bir qədər fərqli idi. 2008-ci ildə problem daşınmaz əmlak bazarından qaynaqlanmışdı. Daşınmaz əmlakın bazar dəyəri aşağı düşdükcə, ipoteka və digər əmlak kreditlərini daha baha qiymətlə rəsmiləşdirən maliyyə institutları, banklar, sığorta şirkətləri və s. bu fərqin girovuna çevrilərək, dünya miqyasında nəhəng vəsaitləri ödəyə bilmədiyi halda çökdü... Dediyim kimi, indiki maliyyə böhranı baş tutarsa, maliyyə sektoruna əsas zərbə məhz balansdan kənar əməliyyatlardan olacaq, daha 2008-ci ildə olduğu kimi daşınmaz əmlak bazarı tərəfindən yox.

    - Amma, sözün düzü, bankların çökməsi və ya maliyyə böhranı baş verəndə, bədbəxt əmanətçilər pullarını tam və ya qismən itirəndə onları maliyyə bazarlarında buna təkan verən səbəblər çox da maraqlandırmır... Əmanətçilərə gəlincə, bu məsələlərin Azərbaycanda nə kimi fəsadları ola bilər? Ümumiyyətlə, böhran olsa, Kiçik Qafqaz dağları bizi qoruya biləcək, yoxsa Bakı küləyindən də güclü qasırğa pullarımızı göyə sovuracaq?

    - Əvvəlcə bank işçisi kimi cavab verim: əslində heç bir əhəmiyyətli təhlükə Açığını deyim ki, Azərbaycan bankları öz risklərini idarə etmək nöqteyi-nəzərindən, bu beynəlxalq problemli banklarda qalıqlarının olub-olmadığını yoxlayırlar. Amma onu da qeyd etməliyəm ki, mən məlumatıma görə, yuxarıda adı çəkilən problemli banklarda Azərbaycan maliyyə qurumlarının ciddi kapitalı yoxdur. Bu mənim təxminimdir. Lakin yaxşı olar ki, ANS Press-in oxucuları, əmanətçilər maliyyə böhranının gəlişini özləri hiss etməyi bacarsınlar və böhran baş versə, onu mümkün qədər itkisiz yola verə bilsinlər. Hər şeydən əvvəl bilməliyik ki, Azərbaycanın maliyyə sistemi o qədər də qlobal maliyyə sisteminə bağlı deyil. Banklarımızın səhmləri dünya birjalarında, demək olar ki, ticarət edilmir. Digər tərəfdən, bizim banklara yatırılan xarici sərmayələrin həcmi də kifayət qədər məhduddur. Bu amilləri nəzərə alsaq, görürük ki, dünyada baş verən neqativ hadisələrin Azərbaycan iqtisadiyyatı və maliyyə bazarlarına təsiri bir qədər fərqli olur. İş orasındadır ki, dünya bu və ya digər formada kreditlərdən asılıdır- bu ya bank kreditləri və ya qiymətli kağızlar, istiqrazlar və s. bazarlarının məhsullarıdır. Və dünya maliyyə sistemlərində böhran baş verəndə banklar kreditlərin verilməsini məhdudlaşdırır və əmanətçilərin vəsaitlərini geri alması tələblərinin yüksələn dinamikasını ödəməklə məşğul olurlar. Depozitlər, yəni əmanətçilərin vəsaitləri banklardan çıxarılır və təbii ki, pul olmayan şəraitdə banklar daha az kredit verirlər. Yəni, banklar özlərinin əsas vəzifəsini yerinə yetirə bilmir - əhalidən azad vəsaitlərin yığılması və bu məbləğləri faizlər müqabilində biznesin inkişafına istiqamətləndirməsi nəzərdə tutlur.

    Nəticədə iqtisadiyyat müflisləşir və istehlakçılar və ya şirkətlər müəyyən növ resurslardan imtina edir və ya onların istifadəsini məhdudlaşdırır. Belə resurslardan vacibi neft və qazdır. Adı çəkilən resurslara dünyada tələbat azalanda onların qiyməti aşağa düşür və beləliklə, dolayı yolla Azərbaycan iqtisadiyyatı və maliyyə sektoruna təsir edir. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatının formalaşmasında neft və qaz ticarəti önəmli rol oynayır, məhz bu baxımdan dünya maliyyə böhranları Azərbaycan üçün müəyyən neqativ nəticələr verə bilər.

    Amma belə bir risk hələ ki, yoxdur. Niyə? Ona görə ki, iqtisadiyyatçılarımız Azərbaycan dövlət büdcəsinə neft və qaz gəlirlərinin dəyərini mövcud dünya bazarı qiymətindən aşağı salıblar. Bu faktın özü də iqtisadiyyatımızın dünya problemlərindən mühafizə etmək üçün əlavə bir bufer rolunu oynamaqdadır. Hesab edirəm ki, bu da büdcə formalaşması baxımından kifayət qədər uzaqgörən planlaşdırmanın sayəsindədir.

    Digər tərəfdən, Azərbaycan büdcəsi bu gün həm fiskal (vergilər - müəllif), həm də digər gəlirlər üzrə planını artıqlaması ilə yerinə yetirir. Ona görə də, mən hesab edirəm ki, təkcə banklarda yox, bütövlükdə Azərbaycan iqtisadiyyatında hansısa problemin olduğunu demək axmaqlıq olardı.

    - Maraqlı müsahibə üçün və məsələnin ciddiliyi qədər detallı anlatdığınıza görə təşəkkür edirəm. Allah uğurlu və ruzili Bazar versin!

    Müsahibə 19 Mart 2023-cü ildə eksklüziv olaraq ANS Press üçün alınıb.