Taliban etnik azərbaycanlıların hüquqlarını qoruyacaq
Bunu Əfqanıstan İslam Əmirliyinin sözçüsü Zəbihullah Mücahid bildirib
Taliban Əfqanıstandakı etnik azərbaycanlıların hüquqlarını təmin edəcəyinə söz verir.
Əfqanıstan İslam Əmirliyinin sözçüsü Zəbihullah Mücahid bildirib ki, hazırkı Əfqanıstan hökuməti ölkədəki etnik azərbaycanlıların, ümumilikdə Qızılbaş kimi tanınanların tam hüquqlarını təmin edəcək.
Onun sözlərinə görə, Qızılbaşlar Azərbaycan-Əfqanıstan münasibətlərinin möhkəmləndirilməsində fəal rol oynaya bilərlər.
"Buradakı digər xalqlarımız - məsələn, özbəklər - Özbəkistanla, taciklər Tacikistanla və puştunlar Durand xətti boyunca yaxşı münasibətlər qurduqları kimi, Qızılbaş qardaşlarımız da Azərbaycanla Əfqanıstan arasında yaxşı münasibətləri təmin edə bilərlər", - deyə o əlavə edib.
1 dəqiqədən az