XƏBƏRLƏR / Nəqliyyat

Tayvan təyyarəsi təcili Bakıya endi

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb

Tayvan təyyarəsi təcili Bakıya endi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tayvanın “EVA Air” aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uçuş yerinə yetirən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

    Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub (ürək tutması).

    Boeing 787-9 təyyarəsi yerli vaxtla saat 05:15-də Bakı hava limanına enib.