Tbilisidə etirazlar yenidən başlayıb
Gürcüstan parlamentində təhlükəsizlik rejimi tətbiq edilib
10:40
Bu gün Tbilisidə “xarici agentlər” haqqında qanuna etirazlar yenidən başlayıb.
Qanun layihəsi rəsmi olaraq “Xarici təsirin şəffaflığı haqqında” adlanır. Sənədə parlamentin hüquq komitəsində baxılmağa başladığı üçün etirazlar bazar ertəsi yenidən başlayıb.
Səhər saatlarında parlamentin xidməti girişində qeyri-hökumət təşkilatları və KİV nümayəndələrinin iştirakı ilə aksiya başlayıb.
“Rusiya qanunlarına yox! Camaat “Rus arzusuna yox!” şüarları səsləndirdi. Tələbələr aksiyaya qoşularaq şəhərin mərkəzinə yürüş ediblər.
Media xüsusi təyinatlıların Rustaveli prospekti ərazisindəki hökumət binalarının həyətinə səfərbər edildiyini yazır.
Saat 19:00-da Rustaveli prospektində parlament binası yaxınlığında daha bir irimiqyaslı aksiya nəzərdə tutulub.
***
Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib.
Binaya yalnız dəvət olunmuş şəxslər və akkreditə olunmuş jurnalistlər daxil ola biləcəklər.
Plenar iclasda deputatlar “xarici agentlər haqqında” qanun layihəsini müzakirə edəcəklər. Qanunun əleyhdarları səhər saat 11-də parlament yaxınlığında etiraz aksiyalarını bərpa edəcəklərini vəd ediblər.
***
15.04.2024
23:54
Tbilisinin mərkəzindəki Rustaveli prospektində, parlament binasının qarşısında keçirilən aksiyanın təşkilatçıları iştirakçıları parlamentin binasını mühasirəyə almağa çağırıb. Bundan sonra iştirakçılar parlament binasının arxa tərəfinə keçməyə çalışıblar.
Mitinq iştirakçılarının sözlərinə görə, onlar bu yolla öz səslərini hakim komandanın üzvlərinə çatdırmaq istəyirlər.
Rustaveli prospektində hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub. Onlar toplaşanları dağılmağa çağıraraq əks halda qanuni tədbirlər tətbiq olunacağını bildiriblər.
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) etiraz aksiyasının iştirakçılarına müraciət edərək, onları azad toplaşmaq və ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb.
DİN-in müraciətində deyilir ki, hər hansı qanun pozuntusu dərhal polis tərəfindən qanun çərçivəsində aradan qaldırılacaq.
Əraziyə dəstək olaraq əlavə polis qüvvələri cəlb edilib.