Tbilisidəki prezident iqamətgahından Aİ bayrağı götürülüb
Keçmiş prezident Zurabişvili həmişə Aİ bayrağının fonunda çıxış edirdi

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Tbilisidəki prezident iqamətgahından Avropa İttifaqının bayrağını götürüb.
Gürcüstan qanunlarına görə, prezidentin fonunda dövlət bayrağı və dövlət gerbini əks etdirən prezident bayrağı olmalıdır.
Zurabişvili ölkənin Avropa istəklərini vurğulamaq üçün Aİ bayrağından da istifadə edirdi.