XƏBƏRLƏR / Müttəfiq

TDT ölkələri gömrük prosedurlarını sadələşdirəcək

Gömrük xidmətlərinin növbəti iclasının 2027-ci ildə Türkiyədə keçirilməsi planlaşdırılır

TDT ölkələri gömrük prosedurlarını sadələşdirəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • TDT ölkələri gömrük prosedurlarının sadələşdirilməsini müzakirə ediblər.

    Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin gömrük xidmətləri rəhbərlərinin 12-ci iclası Bişkekdə keçirilib. Qırğızıstan Dövlət Gömrük Xidmətinin rəisi Kimsanovun sədrliyi ilə keçirilən tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan gömrük xidmətlərinin rəhbərləri, TDT-nin baş katibi Omuraliyev, eləcə də Türkmənistan, Ümumdünya Gömrük Təşkilatı və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının nümayəndələri iştirak ediblər.

    İclas zamanı iştirakçılar əvvəllər qəbul edilmiş qərarların icrası, sadələşdirilmiş gömrük dəhlizinin inkişafı, rəqəmsal transformasiya, elektron məlumat mübadiləsi, risklərin idarə edilməsi və gömrük laboratoriyaları arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. İclasdan sonra qurum rəhbərləri prioritetləri və gələcək əməkdaşlıq üçün praktik addımları müəyyən edən protokol imzalayıblar.

    TDT gömrük xidmətlərinin növbəti iclasının 2027-ci ildə Türkiyədə keçirilməsi planlaşdırılır.