XƏBƏRLƏR / Nəqliyyat

TƏBİB-in helikopterlərindən müharibədə istifadə olunub

Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib

TƏBİB-in helikopterlərindən müharibədə istifadə olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hazırda TƏBİB-in tabeliyində iki tibbi helikopter var və hava limanındadır.

    Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov brifinqdə sualları cavablandırarkən deyib.

    O bildirib ki, ehtiyac yarandığı təqdirdə onlardan istifadə olunur: "Tabeliyimizdə olan həmin helikopterlərdən ancaq Vətən müharibəsində və antiterror əməliyyatları zamanı istifadə edə bilmişik. Çünki Bakı və regionların yol infrastrukturunun yaxşı olduğunu nəzərə alaraq təcili tibbi yardım avtomobilinin helikopter vasitəsilə daşınma nisbətindən daha sürətli ola biləcəyini düşündüyümüzdən ehtiyac olmayıb. Hesab edirəm ki, helikopterlərdən adətən dağlıq və çətin relyefi olan ərazilərdən xəstə daşınması məqsədəuyğundur. Eyni zamanda Azərbaycan əhalisinin sayına görə iki tibbi helikopterlərin olmasının optimal olması qənaətindəyəm".