TƏBİB: Tanınmış jurnalistin vəziyyəti kritik ağırdır
Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub
Tanınmış jurnalist Səbuhi Məmmədli yanvarın 12-də saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
TƏBİB-in mətbuat xidmətindən bildirilib ki, qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.
Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.
Qeyd edək ki, Səbuhi Məmmədli “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində hemodializ müalicəsi alır.
Son məlumata görə, Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb.
TƏBİB-dən verilən xəbərə görə, hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.