XƏBƏRLƏR / Münaqişə

Tehran Bab əl-Məndəb boğazını bağlaya bilər

Bu barədə “Tasnim” xəbər agentliyi hərbi mənbəyə istinadla məlumat yayıb

Tehran Bab əl-Məndəb boğazını bağlaya bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrana qarşı quru əməliyyatı başlayarsa, Tehran Bab əl-Məndəb boğazını bağlaya bilər.

    Bu barədə “Tasnim” xəbər agentliyi hərbi mənbəyə istinadla məlumat yayıb.

    “Bab əl-Məndəb Süveyş kanalına gedən gəmilərin əhəmiyyətli bir hissəsini idarə edən vacib dəniz dəhlizidir. Boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və Yəmən ilə Eritreya arasında uzanır”, - məlumatda bildirilib.

    Qeyd edək ki, ABŞ-nin İranın Xark adasını ələ keçirmək üçün quru əməliyyatına hazırlaşdığı barədə məlumatlar yayılıb.