XƏBƏRLƏR / Münaqişə

"Tehran və İsrail arasında müharibə ehtimalı çox yüksəkdir"

Bunu İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə bəyan edib

"Tehran və İsrail arasında müharibə ehtimalı çox yüksəkdir"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə iddia edib ki, Tehran bölgədə yeni müharibənin qarşısını almağa çalışır, lakin İran ilə İsrail arasında hərbi toqquşma ehtimalı çox yüksək olaraq qalır.

    O əlavə edib ki, İrana qarşı aparılan müharibə, xüsusən də nüvə məsələsində vəziyyəti dəyişdirib və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ölkənin nüvə obyektlərinə dəstək verə bilməyib.

    Xətibzadə, habelə İsraillə 12 günlük müharibənin gedişindən danışaraq iddia edib ki, toqquşmanın əvvəlində komandirlərin öldürülməsi səbəbindən təhlükəsizlik problemi yaranmışdı, lakin bir saatdan sonra vəziyyətə nəzarət bərpa edilib. (Tasnim News)