"Telegram" Qazaxıstanda ofis açıb
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi məlumat yayıb

"Telegram" Qazaxıstanda ofis açıb.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi məlumat yayıb.
Bildirilib ki, "Telegram" ofis açmaqla yanaşı, Qazaxıstanda süni intellekt laboratoriyalarını işə salıb.
Qazaxıstan Prezidenti "Telegram"ın ölkənin rəqəmsal gündəmini dəstəkləmək səylərini yüksək qiymətləndirib.
Qeyd edək ki, "Telegram"ın rəhbəri Pavel Durov Qazaxıstana səfər edib. O, prezident Kasım Jomart Tokayevlə görüşüb.