19:33
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkənin yeni müdafiə nazirini təyin edib.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Mırzaxmetov Aydos Sakenoviç Qazaxıstan Respublikasının müdafiə naziri təyin edilib.
Aydos Mırzaxmetov 2002-ci ildə Qazaxıstan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. O, 2024-cü ilin yanvarından Qazaxıstanın Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsində çalışıb.
Bundan əvvəl Qasım-Jomart Tokayev ölkənin müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib..
***
08:25
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Daürən Kosanovu ölkənin müdafiə naziri vəzifəsindən azad edib.
Bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Tokayev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Kosanovun vəzifədən azad edilməsi Xəzər dənizində hərbi təlimlər zamanı baş verən və hərbçilərin ölümü ilə nəticələnən faciədən sonra baş verib.
Hadisə sentyabrın 24-də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı qeydə alınıb. İlkin məlumatlara görə, hərbçilərin olduğu qayıqdan şəxsi heyətin sahilə çıxarılması zamanı hava şəraiti kəskin pisləşib. Güclü külək nəticəsində hərbçilər açıq dənizə aparılıb.
Hadisə nəticəsində 14 hərbçi həlak olub, 3 nəfər isə xilas edilib. Faciənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.
1 dəqiqə