XƏBƏRLƏR / Kriminal

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları

YENİLƏNİB

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları
Arxiv
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 11:13

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 100kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin bir otağında yataq dəsti və döşəmə 1kv.m sahədə yanıb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Hüseynova Nüşabə Musa qızı vəfat edib.

    Evin böyük hissəsi yanğından mühafizə olunub.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

    ***

    09:55


    Tovuzda baş verən hadisənin təfərrüatları məlum olub.

    Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası - 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb.

    ***

    09:05

    Tovuzda yanğın hadisəsi baş verib.

    Hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddət ərzində söndürülüb. Yanğın nəticəsində evdə olan 1981-ci il təvəllüdlü N.Hüseynova ağır yanıq xəsarətləri alıb. Qadın FHN əməkdaşları tərəfindən evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. 45 yaşlı qadın xəstəxanaya yerləşdirilib və həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.