Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
ABŞ Prezidenti bu barədə sərəncam imzalayıb
ABŞ Prezidenti Donald Tramp ABŞ-da milli fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb.
Bu qərar Kubanın yaratdığı milli təhlükəsizlik təhdidi səbəbindən verilib.
Sərəncamda deyilir: "Mən, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Kubadakı vəziyyətin ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə bir təhdid yaratdığını qəbul edirəm".
Eyni sənəddə həmçinin ABŞ-ın Kubaya neft tədarük edən ölkələrdən gələn mallara tarif tətbiq edə biləcəyi də bildirilir.
1 dəqiqədən az