Tramp BRICS tərəfdarlarını hədələdi
Bu barədə o, özünün "Truth Social" şəbəkəsində yazıb

ABŞ Prezidenti Donald Tramp Braziliya sammitində toplaşan ölkə rəhbərlərini hədələyib. O, bu barədə özünün "Truth Social" şəbəkəsində yazıb:
"BRICS-in ABŞ əleyhinə siyasətini dəstəkləyən hər bir ölkə ƏLAVƏ 10% tarifə tabe olacaq. Bu siyasətdə heç bir istisna olmayacaq. Bu məsələ ilə bağlı diqqətinizə görə təşəkkür edirəm".
Qeyd edək ki, 2025-ci il iyulun 6-dan 7-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BRICS assosiasiyasının dövlət başçıları görüşüb. BRICS-ə üzvlük 10 dövlət tərəfindən təsdiqlənib: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, İndoneziya, İran, BƏƏ və Efiopiya.
Sammitə Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cipin gəlməyiblər.