XƏBƏRLƏR / Münaqişə

Tramp İranı hədələyib

"Onlar uranı zənginləşdirməyəcəklər"

Tramp İranı hədələyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran hakimiyyəti uranı zənginləşdirməməlidir, əks halda ABŞ-ın fəsadları ilə üzləşəcək.

    Bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Nyu Cersi ştatına uçarkən təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.

    Ondan İranın ali dini lideri Ayətullah Əli Xamneyinin ölkəsinin uranı zənginləşdirməyə qadir olmasının zəruriliyi barədə sözlərini şərh etməsi istənilib. "Onlar (uranı) zənginləşdirməyəcəklər. Zənginləşdirsələr, o zaman biz başqa cür hərəkət etməli olacağıq. Mən bunu başqa cür etmək istəmirəm, amma bizim seçimimiz olmayacaq. Zənginləşdirmə olmayacaq", - Tramp cavab verib.

    Lakin o, hansı addımlardan danışdığını dəqiqləşdirməyib.