XƏBƏRLƏR / Siyasət

Tramp Tokayev və Mirziyoyevlə telefonla danışıb

Bu barədə ABŞ Prezidenti özünün "Truth Sosial" şəbəkəsində yazıb

Tramp Tokayev və Mirziyoyevlə telefonla danışıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Tramp Tokayev və Mirziyoyevlə ticarət və əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

    ABŞ Prezidenti Donald Tramp Özbəkistan və Qazaxıstanla ticarətin genişləndirilməsinin və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

    "Bu səhər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə iki əla telefon danışığım oldu. Davam edən münaqişələrdə sülhün bərqərar olmasının, eləcə də ölkələrimiz arasında ticarət və əməkdaşlığın genişləndirilməsinin vacibliyini müzakirə etdik. Hər iki ölkə ilə münasibətlər son dərəcə müsbətdir", - deyə nəşr bildirib.

    Tramp həmçinin ABŞ-ın gələn il Mayamidə G20 sammitinə ev sahibliyi edəcəyini açıqlayıb. Vaşinqton Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevə tədbirdə fəxri qonaq kimi iştirak etmək üçün dəvətnamələr göndərməyi planlaşdırır.