Trampın təsviri olan qızıl sikkə buraxılacaq
Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib
ABŞ Zərbxanası üzərində Prezident Donald Trampın təsviri olan 1 dollar nominalında yeni qızıl sikkə buraxacaq.
Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent "X" sosial şəbəkəsində yazıb.
"ABŞ müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir vaxtda Zərbxana azadlığın sönməz irsi və vətənpərvərliyin əbədi simvolunun şərəfinə Prezident Trampın təsviri ilə 1 dollar nominalında yeni qızıl sikkə buraxmağa başlayacaq", - o qeyd edib.
1 dəqiqədən az