XƏBƏRLƏR / İdman

"Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək

Oyundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

"Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Turan Tovuz" bu gün Bakıda Türkiyənin "Fənərbağça" komandası ilə yoxlama oyunu keçirəcək.

    Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

    Matç saat 20:00-da start götürəcək. Görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Oyundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

    Xatırladaq ki, 1994-cü ildə Azərbaycanı avrokuboklarda təmsil edən ilk komanda "Turan" olub. Qərb təmsilçisinin UEFA Kubokundakı (hazırkı UEFA Avropa Liqası) rəqibi isə "Fənərbağça" idi. İstanbul komandası hər iki matçda qalib gəlib - 5:0, 2:0.