XƏBƏRLƏR / İdman

Premyer Liqa: "Sumqayıt" "Neftçi"yə qalib gəlib

"Kəpəz" "Zirə" ilə, "Sumqayıt" "Neftçi" ilə qarşılaşıb

Premyer Liqa: "Sumqayıt" "Neftçi"yə qalib gəlib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 19:59

    Misli Premyer Liqasının XVI turunda "Sumqayıt" "Neftçi"yə qalib gəlib.

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda ev sahibləri 2:0 hesablı qələbəyə sevinib.

    Hesabı 20-ci dəqiqədə Kamran Quliyev açıb. Fasiləyə 2 dəqiqə qalmış isə Cordan Rezabala yekun hesabı müəyyənləşdirib.

    Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Sumqayıt" altıncı pillədə yer alıb. "Neftçi" isə 13 xalla səkkizinci sırada qərarlaşıb.

    Qeyd edək ki, turun əvvəlki görüşülərində "Araz-Naxçıvan" "Səbail"i 2:0, "Zirə" isə 'Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində qalib müəyyənləşməyib - 1:1.

    ***

    10:17

    Bu gün Misli Premyer Liqasında XVI turun daha iki oyunu keçiriləcək.

    Günün ilk görüşündə "Kəpəz" "Zirə" ilə üz-üzə gələcək.

    Tovuz şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.

    Turnir cədvəlində "Zirə" 23 xalla dördüncü, "Kəpəz" isə 10 xalla doqquzuncu sırada qərarlaşıb.

    Digər qarşılaşmada isə "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. Saat 18:00-da başlayacaq görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq.

    "Sumqayıt" 16 xalla turnir cədvəlinin altıncı, 18 xala malik "Neftçi" isə səkkizinci sırasında yer alıb.

    Misli Premyer Liqası

    XVI tur, II dövrə

    8 dekabr

    16:00. “Kəpəz” – “Zirə”

    Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.

    VAR: Rəşad Əhmədov.

    AVAR: Eyyub İbrahimov.

    Hakim-inspektor: Anar Salmanov.

    AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

    Tovuz şəhər stadionu.

    18:00. “Sumqayıt” –“Neftçi”

    Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.

    VAR: İnqilab Məmmədov.

    AVAR: Namiq Hüseynov.

    Hakim-inspektor: Rəhim Həsənov.

    AFFA nümayəndəsi: Elgiz Abbasov.

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

    Qeyd edək ki, turun əvvəlki görüşülərində "Araz-Naxçıvan" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının duelində isə qalib müəyyənləşməyib - 1:1.