XƏBƏRLƏR / İdman

Azərbaycan Premyer Liqasında II tura yekun vurulub YENİLƏNİB

Əvvəlki matçlarda "Qarabağ" "Kəpəz"ə 3:0, "Araz Naxçıvan" "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" görüşü isə heç-heçə ilə yekunlaşıb - 1:1

Azərbaycan Premyer Liqasında II tura yekun vurulub YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 23:24

    Azərbaycan Premyer Liqasında II turun görüşlərinə yekun vurulub.

    Turun son matçında "Sabah" "Zirə"ni qəbul edib.

    "Bank Respublika Arena"da reallaşan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qarşılaşmada hesabı 50-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Rafael Utziq açıb. 2 dəqiqə sonra meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edən Salifu Suma yekun hesabı müəyyənləşdirib.

    Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib. "Araz Naxçıvan" "Şamaxı"nı, "Turan Tovuz" isə "Sumqayıt"ı minimal hesabla üstələyib. "Səbail" - "Neftçi" görüşü isə heç-heçə ilə yekunlaşıb - 1:1.

    Ardıcıl ilk iki turda hərəyə 2 qələbə qazanan "Qarabağ" və "Zirə" birinci-ikinci pillələri bölüşür. 4 xala malik "Turan Tovuz" üçüncü, 3 xalı olan digər kollektivlər - "Sumqayıt"la "Araz Naxçıvan" dörd və beşinci sıralarda qərarlaşıb. Mövsümə iki heç-heçə ilə başlayan "Neftçi" altıncı, 1 xalı olan "Sabah", "Şamaxı" və "Səbail" müvafiq olaraq yeddinci, səkkizinci və doqquzuncu, 0 xalla sonuncu yeri isə "Kəpəz" tutur.

    ***

    12:00

    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.

    Son oyun günü daha iki qarşılaşma keçiriləcək.

    Əvvəlcə Tovuzda "Turan Tovuz" "Sumqayıt"ı sınağa çəkəcək. Qərb təmsilçisi Kurban Berdıyevin rəhbərliyi altında ilk qələbəsini qazanmağa çalışacaq.

    Matçın start fiti saat 18:45-də çalınacaq.

    Günün son görüşü isə Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq.

    Burada ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən iki klub - "Sabah" və "Zirə" kollektivləri üz-üzə gələcək. Oyun saat 21:00-da başlayacaq.

    Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Kəpəz"ə 3:0, "Araz Naxçıvan" isə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib.

    "Səbail" - "Neftçi" görüşü isə heç-heçə ilə yekunlaşıb - 1:1.