XƏBƏRLƏR / Hadisə

Turistləri Qəbələyə aparan avtobus qəzaya uğradı

Avtobus yol kənarındakı ağaca çırpılıb

Turistləri Qəbələyə aparan avtobus qəzaya uğradı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 14:25

    Bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

    Qeyd edilib ki, hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Muğanlı-İsmayıllı yolunun Ağsu dolaylarından keçən hissəsində qəza baş verib.

    İçərisində turistlərin olduğu avtobus Qəbələ istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtobus yol kənarındakı ağaca çırpılıb.

    Qəza zamanı xəsarət alanların olduğu deyilir. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub, yaralılara ilkin yardım göstərilib.

    Hadisənin baş vermə səbəbi araşdırılır.