XƏBƏRLƏR / İctimaiyyət

Türkiyədə aldadılan diplomatlar səfirlik işçiləri deyil

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib

Türkiyədə aldadılan diplomatlar səfirlik işçiləri deyil
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı mediada yayılan xəbərlər ilə əlaqədar qeyd edək ki, sözügedən diplomatların Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və ya Baş Konsulluq ilə heç bir bağlılığı yoxdur. 

    Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

    Belə bir halın baş verdiyi məlumdur və zərərçəkən şəxslər Türkiyədəki beynəlxalq təşkilatlarda çalışan əməkdaşlar olublar. 

    Bir neçə il bundan əvvəl qeyd edilən diplomatlar çalışdıqları beynəlxalq təşkilatın işinə aidiyyəti olmadan öz şəxsi təşəbbüsləri əsasında maliyyə sərmayəsi etmək qərarına gəliblər və onlar xəbərlərdə səslənən vəsaitin yalnız bir qismi ilə ziyan çəkiblər. 

    Hal-hazırda, qeyd edilən şəxslərin iddiası əsasında məsələ Türkiyənin müvafiq hüquq-mühafizə orqanları və məhkəməsi tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır.

    Xatırladaq ki, Türkiyə mətbuatı azərbaycanlı diplomatların 350 min dəyərində fırıldaqçılıqla üzləşdiyini yazmışdı