Türkiyə XİN Xankəndidəki partlayışla bağlı başsağlığı verdi
Bu barədə XİN-in məlumatında deyilir
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xankəndidəki partlayışla bağlı başsağlığı verib.
Bu barədə XİN-in məlumatında deyilir.
"Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxlu sayda insanın həyatını itirdiyinə, yüzlərlə insanın ağır yaralandığına kədərləndik.
Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik. Türkiyə lazım gələrsə lazımi yardımı göstərməyə hazırdır", - paylaşımda bildirilir.