XƏBƏRLƏR / Elm və Texnologiya

Türkiyə 2027-ci ildə Aya kosmik gəmi göndərəcək

Məlumatı ölkənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır verib

Türkiyə 2027-ci ildə Aya kosmik gəmi göndərəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə 2027-ci ildə Aya kosmik gəmi göndərməyi planlaşdırır.

    "Start cədvəli artıq dəqiqləşdirilib. Bütün sınaqlar uğurlu keçib. Ümid edirik ki, Türkiyə bu iddialı məqsədə çatacaq", - ölkənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır bildirib.

    Bundan əlavə, "Baykar" şirkətinin Direktorlar Şurasının sədri Selçuk Bayraktarın sözlərinə görə, Ankara Somalidə öz kosmik limanının tikintisinə başladığını elan edib.