XƏBƏRLƏR / Müttəfiq

Türkiyə-Azərbaycan əlaqələrini pozmaq istəyən qüvvələr haqda

Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir bu barədə danışıb

Türkiyə-Azərbaycan əlaqələrini pozmaq istəyən qüvvələr haqda
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin Bakıdakı səfirliyi son dövrlərdə Türkiyədə Azərbaycanla bağlı yayılan “fake-news”larla bağlı məsələyə münasibət bildirib.

    Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Gəncliyə Yardım Fondunda keçirilən görüşdə deyib ki, Türkiyə-Azərbaycan Media Platformasının inkişafı və proseslərdə daha çox yer alması üçün çalışırlar.

    “Türkiyə-Azərbaycan əlaqələrini pozmağa çalışan daxili və xarici qüvvələrə qarşı mübarizə aparacağıq. Qarşılıqlı danışıqlar aparılmalıdır və bu qüvvələrlə mübarizə aparılmalıdır. Daha da bir-birimizə bağlanmalıyıq. Boşluq buraxmayacağıq ki, araya girən olmasın. Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan daxili və xarici qüvvələrin oyunlarına gələnlər də var. Amma buna qarşı daha sıx birləşməliyik”, - o qeyd edib.

    Xatırladaq ki, son aylarda Türkiyə mediasında Azərbaycanla bağlı yayılan saxta və təhrif olunmuş xəbərlərin sayı artmaqdadır.