Türkiyə-Ermənistan xüsusi nümayəndələri sərhəddə görüşəcək
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb
Türkiyə və Ermənistan xüsusi nümayəndələri - Ruben Rubinyan və Serdar Kılıç sabah sərhəddə görüş keçirəcəklər.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Danışıqlar səhər Ermənistan, günorta Türkiyə tərəfdə aparılacaq.
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə-Ermənistan münasibətlərinin həlli üçün xüsusi nümayəndələrin sabahkı görüşü ilə bağlı məlumatı təsdiqləyib.
Xüsusi nümayəndələrin görüşü iyulun 3-dən planlaşdırılıb.