XƏBƏRLƏR / Qonşular

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirib

Bu barədə TCMB məlumat yayıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Mərkəzi Bankı dekabrın 26-da (TCMB) 2 il ərzində ilk dəfə uçot dərəcəsini 2,5 faiz bəndi azaldaraq 50 %-dən 47,5 %-ə endirib.

    Bu barədə TCMB məlumat yayıb.

    Qeyd edilib ki, ilkin məlumatlar dekabrda inflyasiya ilə bağlı əsas tendensiyanın azalmasına işarə edir. Son rübün göstəriciləri daxili tələbin yavaşlamağa davam etdiyini və inflyasiyanın azalmasına dəstək verən səviyyədə olduğunu göstərir. Bununla belə risk faktorları qalmaqdadır.

    Xatırladaq ki, TCMB bu son 8 iclasında uçot dərəcəsini 50 % səviyyəsində saxlayıb.