"Türkiye Gazetesi" Bakının iradlarına dərhal reaksiya verdi
Prezidentin köməkçisi Hikmət Hacıyevin təhrif edilmiş fikirləri məqalədən çıxarıldı
Xəbər verdiyimiz kimi, "Türkiye Gazetesi"nin jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş məqalədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri təhrif olunmuş şəkildə təqdim edilmişdi.

Hikmət Hacıyev bu barədə "X" hesabında təkzib paylaşdıqdan sonra "Türkiye Gazetesi" məqaləni redaktə edərək, ziddiyyətli fikirləri nəşrdən çıxarıb.

1 dəqiqədən az