XƏBƏRLƏR / Münaqişə

Türkiyə sahillərində tapılan hərbi PUA Rusiyaya məxsus imiş

Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb

Türkiyə sahillərində tapılan hərbi PUA Rusiyaya məxsus imiş
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Milli Müdafiə Nazirliyi Ordu vilayətinin Ünye rayonunda sahildə tapılan və quruya çıxmış vəziyyətdə olan pilotsuz uçuş aparatının (PUA) Rusiyaya məxsus olduğunu açıqlayıb.

    Nazirlik bildirib ki, 10 fevral 2026-cı il tarixində Ünye rayonunda sahildə bir PUA-nın aşkar edilməsi ilə əlaqədar 11 fevralda əraziyə 1 Sualtı Müdafiə qrupu göndərilib.

    Məlumata əsasən, aparılan yoxlamalar zamanı PUA-nın içərisində partlayıcı maddənin olmadığı müəyyən edilib.

    Rusiyaya məxsus olduğu qiymətləndirilən pilotsuz uçuş aparatı araşdırma aparılması üçün Ünye Polis İdarəsinə təhvil verilib.