Türkiyə və İsrail Azərbaycanda hansı razılıqlara gəldilər?
Suriyada Türkiyə-İsrail qarşıdurması səngiyə bilər

Suriyada Türkiyə-İsrail qarşıdurmasının azalmasının konturları üzə çıxıb.
Türkiyə Suriyada İsraillə həmsərhəd ərazilərdə hərbi bazalar açmaqdan imtina edib.
Buna cavab olaraq İsrail Suriya qoşunlarının sərhəddəki bufer zonası boyunca, o cümlədən Qolan təpələri istiqamətində yerləşdirilməsinə razılıq verib.
Bu prosesdə Azərbaycan vasitəçiliyi və diplomatiyası da mühüm rol oynayıb.