XƏBƏRLƏR / İctimaiyyət

Türkiyədə 407 sayta giriş məhdudlaşdırılıb

Bu barədə "TRT Haber" məlumat yayıb

Türkiyədə 407 sayta giriş məhdudlaşdırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə qumar, fırıldaqçılıq və seksual məzmun paylaşımı ilə əlaqəli olduğu müəyyən edilmiş 407 sayta giriş bloklanıb.

    "TRT Haber"ə görə, 16-22 noyabr tarixləri aralığında 793 sosial şəbəkə hesabı və URL ünvanı araşdırılıb. Nəticədə 342 saytda qanunsuz mərc oyunlarının oynandığı, beş saytda fırıldaqçılıqla məşğul olunduğu və 60 saytda isə seksual xarakterli məzmun paylaşıldığı aşkara çıxarılıb.

    Kibertəhlükəsizlik İdarəsinin qərarı ilə həmin saytlara giriş məhdudlaşdırılıb.