Türkiyənin Aydıncık bölgəsində (Mersin vilayəti) avtobusun qəzaya uğraması nəticəsində azı 9 nəfər ölüb, 30 Bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd olunub ki, Antalyadan Mersinə gedən avtobus maneəyə çırpılıb, daha sonra aşıb.
Yaralılar hadisə yerinə cəlb edilən təcili yardım avtomobilləri ilə Aydıncık, Anamur və Silifke xəstəxanalarına aparılıblar. Polis və jandarm qrupları da bölgədə təhlükəsizlik tədbirləri görüb.
Qəzanın səbəbi hələlik məlum deyil.