Türkiyədə ən aşağı məmur maaşı 22 min lirə olacaq
Rabitə İdarəsi sosial mediada "İyulda ən aşağı məmur maaşının 17 min lirə olacağı" iddialarını təkzib edib
Rabitə İdarəsi sosial mediada məmur maaşları ilə bağlı iddialara cavab verib. Bu barədə TRT Haber məlumat verib.
Dezinformasiya ilə Mübarizə Mərkəzinin sosial media hesabından edilən açıqlamada, bir televiziya kanalına danışan əmək i iqtisadçısının səhvən dövlət qulluqçusunun ümumi əmək haqqısının 22 min TL olacağını dediyi bildirilib.
İddiaların əsassız olduğu bildirilən açıqlamada “İyulda ən aşağı məmur maaşı prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi xalis 22 min lirə olacaq” ifadələri yer alıb.