XƏBƏRLƏR / Müttəfiq

Türkiyədə helikopter qəzaya uğrayıb: 5 hərbçi həlak olub

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Türkiyədə helikopter qəzaya uğrayıb: 5 hərbçi həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “AS-532” tipli helikopterin qəzaya uğraması nəticəsində beş hərbçi həlak olub.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, təlim məqsədilə Eskişehirdən havaya qalxan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində beş hərbçi həyatını itirib.

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

    Müdafiə Nazirliyindən bildiriliblər ki, başsağlığında deyilir: "Eskişehir şəhərində AS-532 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində beş nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

    Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin".